...

DİN-NİN ÖLÜM ŞÖBƏSİNƏ YENİ RƏİS TƏYİN OLUNUB

Siyasət Materials 15 Sentyabr 2005 19:54 (UTC +04:00)

Avqustun 31-də Daxili İşlər Nazirliyinin ( DİN) Ölüm Şöbəsinin rəisi Məzahir Əliyev yaşadığı ünvanda özünə qəsd edəndən sonra həmin vəzifənin müvəqqəti icrası müavininə həvalə olunmuşdu.

DİN-dəki mənbələrdən Trend ə verilən məlumata görə, nazir Ramil Usubovun əmri ilə artıq Ölüm Şöbəsinə rəis təyin edilib. Bundan sonra həmin vəzifəni DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İnsan Alverinə Qarşı Şöbəsinin keçmiş rəisi Müzəffər Novruzəliyev icra edəcək.

Məlumatı Müzəffər Novruzəliyev də təsdiqləyib və bildirib ki, artıq iki gündür DİN-dəki yeni vəzifəsinin icrasına başlayıb.

DİN BMCMİ-nin İnsan Alverinə Qarşı Mübarizə Bölməsindən isə məlumat əldə etdik ki, hazırda həmin bölmənin rəisi vəzifəsini müvəqqəti olaraq bömənin əməliyyat işçisi polis mayoru Zaur Fətəliyev icra edir. Z.Fətəliyev bizimlə söhbətində bu vəzifəni yeni rəis təyin olunana qədər icra edəcəyini söylədi.

Xəbər lenti

Xəbər lenti