...

XƏZƏRİN STATUSU ÜZRƏ 5 TƏRƏFLİ DANIŞIQLARIN NÖVBƏTİ RAUNDU OKTYABRIN 6-DA KEÇİRİLƏCƏK

Siyasət Materials 24 Sentyabr 2005 13:12 (UTC +04:00)

Xəzərin hüquqi statusuna dair konvensiyanın işlənib hazırlanması üzrə işçi qrupunun növbəti iclası oktyabrın 6-na təyin olunub. Bu barədə Trend ə Azərbaycan XİN-in informasiya idarəsinin rəisi bildirib.

İşçi qrupunun 18-ci iclası Bakıda keçiriləcək. Onun sözlərinə görə, iclasda 5 xəzəryanı ölkənin dənizin statusu ilə bağlı mövqelərinin yaxınlaşdırılması üzrə məsləhətləşmələr davam etdiriləcək. Danışıqlar əvvəlcə avqustun sonuna təyin olunsa da, ekspertlərin cədvəlinin üst-üstə düşməməsi ilə əlaqədar görüşün vaxtı dəyişdirilib. Görüş Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistanın nzir müavinləri səviyyəsində keçiriləcək.

Ekspertlər ekoloji problemlər üzərində işi davam etdirəcək, bioloji ehtiyatların istifadəsi və qorunması, hidrometrologiya, dəniz və hərbi gəmiçilik sahəsində sazişlərin layihələrini razılaşdıracaqlar.

Xatırladaq ki, bu danışıqlarda Azərbaycanı Xəzərin statusunun müəyyən olunması üzrə prezidentin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti