Moskva Azərbaycanda iki RLS-nin tikintisindən xəbərdardır və əgər həmin məsələ Kreml ilə razılaşdırılmayıbsa belə, hər halda Rusiyanın bu məsələdən xəbəri vardır.Belə bir fikri Trend ə müsahibəsində Rusiya eksperti, "Kommersant" qəzetinin xarici siyasət şöbəsinin rəhbəri Azər Mürsəliyev bildirib.
Onun sözlərinə görə, əks halda Moskvanın həmin məsələ üzrə reaksiyası "çox kəskin" olardı. "Kreml ənənəvi olaraq öz sərhədlərinin yaxınlığında qərb ölkələrinin hərbi fəallığına kifayət qədər ağır yanaşır.Əgər belə ağır və kəskin reaksiya olmayıbsa, demək ki, bu yenilik olmayıb.Bütün bunlar diplomatik kanallarla müzakirə olunub"-deyə A. Mürsəliyev bildirib.
Rusiya eksperti qeyd edib ki, indi regionda Azərbaycanı çətin vəziyyətdə qoymaq prosesi baş verir, belə ki, gərginləşdirmə halında Bakının vəziyyəti bir kənarda qala bilməz. "Azərbaycan fərz olunan cəbhə xəttinə düşə bilər və onda seçim etmək lazım gələcək" -deyə ekspert qeyd edib və bildirib ki, "əgər Bakının hər-hansı qonşularından biri ilə münasibətlərinin pisləşməsi gözlənilə bilərsə, onda bu dövlət İran olacaq".
Mürsəliyev qeyd edib ki, İranın yeni rəhbərliyi inadcıl mövqedən çıxış edərək vəziyyəti gərginləşdirib. "Amerikalılar hesab edir ki, Tehran Şimali Koreyanın yolu ilə gedərək nüvə silahı düzəltmək və sonra isə hamıya hədə-qorxu gəlmək istəyir və Moskvada buna görə çox da mübahisə etmirlər"-deyə ekspert bildirib və qeyd edib ki, Rusiyanın İran ilə elə yaxın birliyi yoxdur ki, Kreml Tehranın nüvə silahı yaratdığını alqışlasın. Ekspert qeyd edib ki, həmin şəraitdə Moskva üçün əsas Qərb-İran-Rusiya üçbucağıdır.
Bu yaxın vaxtlaradək Rusiya, Çin və Avropa üçlüyü İranı "zərbə altından" çıxarmağa cəhd edirdi. Amma İranın sonuncu hərəkətləri və Tehranın potensiallı tərəfdarlarının şüurlu gərginləşdirmə siyasəti çox çətin vəziyyətdədir.Avropa üçlüyü demək olar ki, qarşı idi, Rusiya isə etiraz etməyə məcbur idi.
Mürsəliyev xatırladıb ki, MAQATE-nin qəbul etdiyi son qətnamə Rusiya və İran prezidentlərinin görüşünü, eləcə də Vladimir Putinlə Corc Buş arasındakı danışıqları qabaqlayıb.Hər iki halda gündəliyin əsas mövzusu İranın nüvə proqramı olub.
Qərbin Tehrana münasibətdə mümkün ssenarilərinə toxunan ekspert qeyd edib ki, münasibətlərin gərginləşdirilməsi davam etdirilsə, onda bu, "İrak" yox, yəqin ki, "Bosnya" yaxud "Əfqanıstan" variantı olacaq.