...

POLİTOLOQLAR ERMƏNİLƏRİN CAVAXETİYAYA İDDİALI OLMALARINI XARİCI KƏŞFİYYATI İLƏ BAĞLAYIR

Siyasət Materials 28 Sentyabr 2005 20:36 (UTC +04:00)

"Gürcüstanda yaşayan ermənilərə Cavaxetiyanı muxtariyyəti üçün fəaliyyət göstərmələri Rusiya kəşfiyyatının tapşırığıdır". Bu barədə Trend agentliyinə politoloq Rasim Musabəyov bildirib.

Politoloq qeyd edib ki, ermənilər Gürcüstanla bu vaxta kimi ehtiyatla davrnaıblar: "Onların dünyaya çıxışları yalnız Gürcüstandan keçir. Ancaq Rusiya kəşfiyyatı ermənilri qızışdırıb Gürcüstandan ərazi iddiasında olmağa sövq edirlər. Rəsmi Moskva bölgədə yeni bir münaqişə ocağını alovlandırmağı cəhd göstrəməklə dünyanın diqqətini bura yönəlmək istəyir".

Politoloq onu da vurğulayıb ki, bu məsələdə Ermənistanda fəaliyyət göstərən bir sıra qüvvələr də maraqlıdırlar. Onlar Rusiya kəşfiyyatına köməklik göstərməklə Moskvadan daha çox dvident qazanmaq niyyətindədirlər.

Politoloq Zərdüşt Əlizadə də məlum məsələ ilə bağlı həmkarının fikirlərini təsdiqləyib: "Rusiya kəşfiyyatı Ermənistan daşnak partiya rəhbərləri ilə birləşib bu məsələni gündəmə gətirirlər. Rusiyada fəaliyyət göstərən erməni diasporlarını isə vətənləri maraqlandırmır. Onlar hər şeyi qurban verməyə hazırdırlar. Bir şərtlə ki, Rusiya onları dəstəkləsin, onların bu fəaliyyətinə qiymət versin".

Z.Əlizadə onu da bildirib ki, ermənilərin heç də hamısı Gürcüstandan ərazi tələb etmirlər. Sadəcə olaraq Cavaxetiyada bir sıra iqtisadi-sosial problemlər mövcuddur ki, bunun həllini tələb edirlər: "Ermənilər bölgədə özlərinə ikinci düşmən ölkə qazanmaq istəmirlər. Bu məqsədi həm Rusiya, həm də Ermənistanda Moskvaya xidmət edən qüvvələr güdür".

Azərbaycanın Gürcüstanldakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə öz növbəsində Trend ə bildirib ki, nə Gürcüstanın rəsmi qurumları, nə də mətbuat vasitələri məsələyə münasibət bildirməyiblər: "Sanki ermənilərin bu məsələ ilə bağlı bəyanatı olmamış kimi davranırlar. Məsələnin üstündən səssiz keçiblər".

Xəbər lenti

Xəbər lenti