...

Azərbaycan prezidenti MSK-ya seçkilərdə barmaqların mürəkkəblə işarələnməsi təcrübəsindən istifadə barədə təklifi müzakirə etməyi tapşırıb

Siyasət Materials 25 Oktyabr 2005 17:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Mərkəzi Seçki Komissiyasına (MSK) seçkilərdə barmaqların mürəkkəblə işarələnməsi təcrübəsindən istifadə edilməsi barədə təklifi müzakirə etməyi və müvafiq tədbirlər qəbul etməyi tapşırıb. Trend in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oktyabrın 25-də qarşıdakı parlament seçkiləri ilə əlaqədar dövlət başçısının sədrliyi ilə keçirilən müşavirəsini şərh edərkən "Space" telekanalına müsahibəsində bildirib.

Ə.Həsənovun sözlərinə görə, prezident birmənalı şəkildə hakimiyyətin mərkəzi və yerli orqanları və MSK qarşısında bu dövrdə daxil olan bütün şikayət və ərizələrin öyrənilməsini və pozuntu halları aşkarlanarsa, prokurorluğa müracfəit etməsini, onun da öz növbəsində ciddi tədbirlər görməsini tapşırıb. Bundan əlavə, MSK-na qanun çərçivəsində daxil olan bütün təkliflər öyrənilməli, seçki təcrübəsinin artmasına kömək edən bütün məqamlar nəzərə alınmalı və qəbul edilməlidir.

Azərbaycan prezidenti müşavirədə seçicilərə seçki vəsiqələrinin paylanılması məsələsində ciddi səhvlərə yol verildiyini bəyan edərək ən qısa müddətdə onların aradan qaldırılması barədə göstəriş verib.

Xəbər lenti

Xəbər lenti