...

Stiven Mənn: 2006-cı il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi üçün çox mühüm il olacaq

Siyasət Materials 15 Dekabr 2005 19:19 (UTC +04:00)
Stiven Mənn: 2006-cı il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar  prosesi üçün çox mühüm il olacaq

2006-cı il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi üçün çox mühüm il olacaq. Həm ATƏT, həm də bizim təmsil etdiyimiz ölkələr sülh razılaşmasının imzalanması üçün mümkün olan hər şeyi edəcəklər. Belə bir bəyanatla ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Stiven Mənn Bakıya gələrkən çıxış edib.

O qeyd edib ki, Bakıya Yerevanda prezident Robert Köçəryan və XİN rəhbəri Vardan Oskanyanla çox yaxşı danışıqlar apardıqdan sonra gəlib. "Sabah (dekabrın 16-da) biz Azərbaycanın rəhbəri və xarici işlər naziri ilə görüş keçirəcəyik və bundan sonra keçirilən brifinqdə tam məlumat verəcəyik", -deyə S.Mənn bildirib.

Rusiyalı həmsədr Yuri Merzlyakov danışıqlar prosesinin hazırki gedişi barədə jurnalistlərə şərh verməkdən imtimna edib.

Xəbər lenti

Xəbər lenti