...

AMİP sədri müşavirə keçirir

Siyasət Materials 19 Dekabr 2005 13:03 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev dekabrın 19-da saat 11:30-da partiyanın qərargahında müşavirə keçirir. Bu barədə Trend ə sədrin özü bildirib.

Ə.Əliyev qeyd edib ki, müşavirəni keçirməkdə məqsəd dekabrın 18-də AMİP lideri Etibar Məmmədovun partiyanın bir qrup fəalı ilə keçirdiyi görüşün nəticələrini müzakirə etməkdir.

Partiya sədri onu da vurğulayıb ki, günün ikinci yarısından sonra müşavirənin nəticələri ilə bağlı mətbuata açıqlama veriləcək. Onun E.Məmmədovun görüşünə qatılmaması və bu görüşün nə xarakter daşıdığı açıqlamada öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti