...

"Azadlıq" bloku növbəti toplantı keçirib

Siyasət Materials 22 Dekabr 2005 16:44 (UTC +04:00)

"Azadlıq" seçki bloku növbəti mitinq-yürüşlərini yanvar ayına planlaşdırıb". Trend xəbər verir ki, bu barədə adıçəkilən blokun liderlərinin dekabrın 22-də keçirdiyi toplantısının nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu bildirib ki, toplantıda dekabrın 18-də keçirilən aksiyanın nəticələri, blokun mitinq taktikası və Müsavat Partiyasının başqanı İsa Qəmbərin Ukrayna səfərinin yekunları müzakirə olunub: "Blokun növbəti mitinqi 31 dekabra düşdüyü və həmin günün Dünya Azərbaycanlılarının Həmrəylik Günü olduğundan aksiyalarımızı yanvar ayında keçirilməsini qərara almışıq".

ADP rəsmisi aksiyaların məqsəd yox, daha da effekt vermək üçün konkret olaraq düzgün siyasi hədəflənmə ilə aparılmasını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti