...

YAP "Heydər Əliyev və dünya azərbaycanlıları" mövzusunda konfrans keçirib

Siyasət Materials 29 Dekabr 2005 16:00 (UTC +04:00)
YAP "Heydər Əliyev və dünya azərbaycanlıları" mövzusunda konfrans keçirib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə dekabrın 29-da "Avropa" otelində "Heydər Əliyev və dünya azərbaycanlıları" mözusunda elmi praktik-konfrans keçirilib. Trend xəbər verir ki, konfransda YAP-ın rəhbər strukturları ilə yanaşı digər partiyaların rəhbərləri, millət vəkilləri və dövlət rəsmiləri də iştirak ediblər.

Konfransı açan YAP sədrinin müavini və icraçı katibi, millət vəkili Əli Əhmədov Heydər Əliyevin dünya azərbaycanlılarına göstərdiyi xidmətlərdən və bu birliyin təşəkkül tapmasında əvəzolunmaz fəaliyyətindən danışıb. Digər natiqlər - millət vəkilləri Mübariz Qurbanlı, Yaqub Mahmudov, Nizami Cəfərov, Fəttah Heydərov, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışlarında Heydər Əliyev siyasətinin və uzaqgörənliyinin dünya azərbaycanlalırının vəhdətindəki rolundan bəhs ediblər.

Qeyd edək ki, konfrans 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilib.

Xəbər lenti

Xəbər lenti