...

Seçki məntəqələri seçici siyahılarını DSK-lara təhvil veriblər

Siyasət Materials 7 Fevral 2006 17:00 (UTC +04:00)

Ölkə üzrə bütün məntəqə seçki komissiyaları öz ərazilərində yaşayan seçicilərinin siyahısının dəqiqləşdirilməsi işini başa vurublar. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Bildirilib ki, seçki məntəqələri seçici siyahılarını artıq Dairə Seçki Komissiyalarına (DSK) təhvil veriblər. Bundan sonra dairə seçki komissiyaları siyahıların üzərində dəqiqləşdirmələr aparıb MSK-ya təhvil verməlidir.

Qeyd edək ki, bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisi ilə əlaqədar ölkə üzrə seçici siyahılarında yenidən dəqiqləşdirmələr aparılır. Təkrar seçkilərin keçirildiyi 10 dairə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi səsvermə gününə 60 gün qalmış başa çatdırılmalı və siyahı MSK-nın internet səhifəsində yerləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti