...

MSK təkrar seçkilərə dair maarifləndirici proqramını həyata keçirir

Siyasət Materials 14 Fevral 2006 17:13 (UTC +04:00)

Azərbaycan Mərkəzi Seçki Komissiyası bu il 13 maya təyin olunmuş təkrar parlament seçkiləri ilə əlaqədar maarifləndirici proqramını həyata keçirir. Mərkəzi Seçki Komissiyasından (MSK) Trend ə verilən məlumata görə, komissiya üzvləri 5 həftə ərzində kütləvi informasiya vasitələrində (KİV) təkrar seçkiyə dair 10 mövzu üzrə çıxışlar edəcəklər.

Fevralın 14-də MSK-nın katibi Natiq Məmmədov AzTV-nin "Aktual ekran" verilişində, fevralın 17-də MSK üzvü Fuad Cavadov İctimai Televiziyanın "Xalq seçir" proqramında qonaq olacaq, təkrar seçkilərlə bağlı maarifləndirici məlumatlar verəcəklər. Növbəti həftələrdə də bu iş davam etdiriləcək. Qeyd edək ki, MSK-nın maarifləndirici təbliğatı hər həftənin ikinci və beşinci günləri AzTV və İTV-də, qalan günlərdə rəsmi dövlət qəzetlərində aparılacaq. TV-lərdə efirə gedəcək hər bir veriliş, həmçinin qəzet məqalələri təkrar seçkiyə dair ayrı-ayrı mövzulara həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti