• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Siyasət

Əli Əhmədov: "Siyasi partiyalar haqqında" qanun təkmilləşdirilməlidir

23 Fevral 2006 14:00 (UTC+04:00)
  • 0
  • 0

Müsahibimiz hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədovdur

- 2005-ci il YAP-ın tarixində hansı əlamətdar hadisələrlə yadda qalıb?

- 2005-ci ildə YAP özünün III qurultayını keçirdi və Azərbaycan prezidenti İlham Əliyev partiyamızın sədr seçildi. Qurultayda partiyanın yeni mərhələdə əsas istiqamətləri müəyyənləşdirildi. Ötən ildə əldə etdiymiz ən böyük uğurlardan biri də parlamentə keçirilən seçkilərdə qazanılan qələbədir. Azərbaycan parlamentində YAP-ın 57 millət vəkili ilə təmsil olunması uğur sayıla bilər. Hesab edirəm ki, təkrar seçkilərdə də partiyamız 6 noyabr parlament seçkilərində qazandığı uğurunu təkrarlayacaq. Enyi zamanda onu da qeyd etməliyəm ki, ötən ildə Azərbaycanın iqtisadi inkişafı sahəsində böyük nailiyyətlər əldə edilib. Azərbaycan regionun iqtisadi və siyasi sahəsində lider dövlətinə çevirilib. Bütün bu uğurlar hakim YAP-ın qələbəsi kimi də qəbul edilə bilər.

- Hakim partiyanın problemləri, çətinliyi barədə nə deyə bilərsiniz?

- Əlbəttə, mən qeyd etsəm ki, heç bir çətinliyimiz olmayıb. Düşünürəm ki, bu düzgün olmazdı. Parlament seçkilərində qazandığımız 57 mandatın sayını daha da artıra bilərdik. Uğurlarla yanaşı çətinliklər, problemlər də olur. Biz bütövlükdə fəaliyyətimizə həmişə tənqidi yanaşırıq. Nailiyyətlərimizlə yanaşı, fəaliyyətimizdə çətinlik və problemin olduğuna da diqqət yetiririk ki, növbəti illərdəki fəaliyyətimizdə bunu nəzərə alaq.

- "Siyasi partiylar haqqında" qanun indiki zamanla ayaqlaşmır. Partiyaların fəaliyyətində şəffaflıq gizlədilir. Buna münasibətiniz?

- YAP-ın fəaliyyəti şəffaflıq prinsipləri üzərində qurulub. YAP hesab edir ki, siyasətlə məşğul olan hər hansı qurum tutduğu mövqeyindən asılı olmayaraq xalqla, tərəfdarları ilə səmimi və açıq olmalıdır. Xalqın partiyaya inamını əldə etməyin ən vacib şərtlərindən biri də budur. YAP-ın fəaliyyətinin şəffaflığı və davranışının səmimiliyi xalqın bu partiyaya inamını artırıb. Bu şəffaflığı biz təkcə partiyanın maliyyə qaynaqlarının açıqlığını təmin etməklə həyata keçirmirik. Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda fəaliyyət göstərən bəzi partiyaların fəaliyyətində bu məqamlar müşahidə edilmir. YAP-ın şəffaflığın qorunması ilə bağlı təşəbbüsü digər partityalar tərəfindən cavabsız qalıb. Onu da etiraf edək ki, "Siyasi partiyalar haqqında" qanunda boşluqlar var. Bu qanun 1992-ci ildə qəbul edilib. Həmin ildə Azərbaycanda siyasi proseslər də başqa müstəvidə cərəyan edirdi. İnsanların siyasət və siyasi təsəvvürləri də indikindən fərqlənirdi. Digər bir cəhətdən siyasi partiyaların Azərbaycanın həyatında rolu da indikindən fərqli idi. Yəni onlar indiki dərəcədə cəmiyyətdə mühüm rol oynamaq imkanında deyildi. Ancaq ölkədə partiyalaşma prosesində bu qanunun rolu böyük olub. Bütün bunlara baxmayaraq, adıçəkilən qanun yenidən təkmilləşdirilməlidir. Bu zaman partiyaların şəffaflığının təmin edilməsi əsas götürülməlidir. Qanun partiyaların maliyyə qaynaqlarına dəqiq şəkildə şamil edilməlidir. Onu da bildirim ki, dünyanın istənilən dövlətində fəaliyyət göstərən partiyaların maliyyə qaynaqlarının şəffaflığını təmin edən çox ciddi mexanizmlər mövcuddur. Azərbaycan bu məsələ istisna olmamalıdır.

- Müxalifətin bir hissəsinin təkrar seçkilərə qatılması, digərinin isə hələ də seçkilərin yenidən keçirilməsi ilə bağlı mübarizə aparmasını necə qiymətləndirirsiniz?

- Azərbaycanda müxalifət partiyalarının mövcüdlüğü zəruridir. Bu, demokratiyanın göstəricilərindən biridir. Bizim müxalifətə yönələn tənqidi fikirlərimizin mahiyyəti məhz Azərbaycanda demokratiyanın inkişafına xidmət edən müxalifətin mövcudluğu haqqında arzularımızı bildirməkdən ibarət olub. Hər bir cəmiyyətin inkişafı həm iqtidarda olan partiyanın, həm də müxalifətdə duran qüvvələrin tutduğu yoldan, fəaliyyəti üçün qəbul etdiyi prinsiplərdən asılıdır. Təəssüflər olsun ki, Azərbaycanda bəzi müxalifət partiyaları özlərinin fəaliyyət prinsiplərini elə seçiblər ki, onlara söykənərək ölkədə demokratiyanın inkişafına kömək göstərmək mümkün deyil. Azərbaycanda müxalifət öz fəaliyyət prinsipini mübarizə aparmaq üzərində qurub. Bunlar həmişə kiməsə, nəyəsə qarşı mübarizə aparıblar. Bu barədə biz onlara dəfələrlə tövsiyyələr etmişik. Bildirmişik ki, müxalifətdə olmaq və yaxud da hansısa fərqli fikirlərin, düşüncələrin daşıyıcısı keyfiyyətində çıxış etmək öz ölkəsində kimlərəsə və ya nəysə qarşı mübarizə etmək şəklində ortaya çıxmamalıdır. Müxalifətçi olmaq kiməsə qarşı mübarizə aparmaq demək deyil. YAP nə müxalifətdə olanda, nə də hakimiyyətdə olanda kiməsə qarşı mübarizə aparmayıb. YAP qısa zamanda müxalifətdə olub. Lakin nə hakimiyyətə, nə də hakimiyyətdə olan siyasi qüvvələrə qarşı mübarizə aparıb. Bizim amalımız Azərbaycan uğrunda çalışmaqdan ibarət olub. Bizim fəaliyyətimizdə müxalifətə qarşı mübarizə aparmaq məqamları əks olunmur. Niyyətimiz bu deyil. Ancaq müxalifət partiyaları hakimiyyəti hədəf seçib. Bu onların uğursuzluğundan doğan mübarizədir. Bu mübarizə uğursuzluqlarla nəticələnir. Mübarizə aparmaq məqsədilə yaradılan belə partiyalar hakimiyyətlə apardığı mübarizədə məğlub olduqlarına görə bir-birlərinə qarşı çıxırlar. Çünki onlar pozitiv məqamlar uğrunda çalışmırlar. Məqsədləri yalnız mübarizə aparmaqdır. Təbii ki, bir-birini məhv etməyə hazır olan qüvvələr müəyyən müddətdən sonra dost olacaqlar. Bir müddət keçəndən sonra yenidən bir-birlərinə qarşı mübarizə aparacaqlar. Ola bilsin ki, dünənə qədər iqtidara və YAP-a qarşı mübarizə aparan partiyaların içində belə bir fikir dərk olunub ki, davranışın, fəaliyyətin istiqamətini dəyişmək lazımdır. Bunu düşünənlərin haqq yoluna gəldiklərini düşünürəm. Belə qüvvələrin Azərbaycan qarşısında xidmətləri olacaq.

- Hər dəfə dialoq məsələsi gündəmə gətirilsə də sonradan məsələ öz həllini tapmır. Bunun səbəbləri nədir?

- Biz dəfələrlə mövqeyimizi ortaya qoymuşuq: YAP dialoq tərəfdarıdır. Partiyamız Azərbaycanın inkişafına xidmət edə biləcək, milli maraqlara töhfə verə biləcək hər hansı bir partiya ilə əməkdaşlığa, məsləhətləşmələrə, dialoqa hazırdır. Sadəcə olaraq, YAP-ın apardığı diskussiyalar müxalifət partiyalarının apardığı diskussiyalardan köklü surətdə fərqlənir. Dialoq dedikdə siyasi partiyaların Azərbaycana xidmət etmək şansının artırılması niyyəti ilə müəyyən məsələ ətrafında bir araya gəlməsini nəzərdə tuturuq. Təəssüflər olsun ki, müxalifət partiyalarının bir hissəsi dialoq dedikdə hansısa siyasi divident əldə etmək, özləri üçün fayda götürmək niyyətlərini başa düşür. Baxışların fərqli olması dialoqun baş tutmasına maneə yaradan faktorlardır. YAP-ın təşəbbüsü ilə 2005-ci ildə siyasi partiyalar arasında üç mərhələdə dialoq, məsləhətləşmələr aparıldı. Təəssüflər olsun ki, məlum səbəblər üzündə bu proses davam etdirilmədi.

- AŞPA-nın qış sessiyasında tövsiyyə olunan Azərbaycanın Seçki Məcəlləsinin yenidən nəzərdən keçirilməsinə ehtiyac varmı?

- Azərbaycan təmsil olduğu beynəlxalq təşkilatların prinsiplərinə hörmətlə yanaşır. Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda demokratiyanın inkişafına xidmət edən tövsiyyələrini qəbul edir. Bu tövsiyyələr Azərbaycanda qəbul edilib. Ancaq eyni zamanda biz mütləq şəkildə nəzərə almalıyıq ki, Azərbaycan müstəqil dövlətdir. Heç bir müstəqil dövlət yalnız kənardan verilən tövsiyyələrlə qərar tuta bilməz. Ölkə üçün əlverişli tövsiyyədən istifadə edilə bilər. Əks təqdirdə bunun qəbul edilməsinə ehtiyac da yoxdur. Azərbaycan Azərbaycan vətəndaşlarının ölkəsidir. Azərbaycanın inkişafı vətəndaşlarına fayda gətirəcək. Hər hansı bir problem yaranarsa, ilk növbədə bunun əziyyətini də vətəndaşları çəkəcək. Ona görə də biz tövsiyyələrə mütləq şəkildə yerinə yetirilməsi məcburi olan göstərişlər şəkildə yanaşa bilmərik. Bu düzgün olmaz. Onda Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərməsi şübhə altına alına bilər. Ona görə də bütün tövsiyyələrə, o cümlədən Seçki Məcəlləsinin dəyişdirilməsinə də bu məntiqlə yanaşırıq. Azərbaycanın Seçki Məcəlləsi kifayət qədər kamil bir sənəddir. Ola bilsin ki, nə zamansa Seçki Məcəlləsinin Azərbaycanın reallıqları ilə tam üst-üstə düşən və həyata keçirilməsi vacib olan bəzi məqamların təkmilləşdirilməsinə ehtiyac olacaq. Belə bir zərurət ortaya çıxarsa, bu məsələyə baxılacaq. Mən düşünürəm ki, bu gün məcəllənin ciddi dəyişiklikliyə ehtiyacı yoxdur. Xüsusilə də sənəddə təsbit olunmuş seçki komissiyalarının formalaşdırması ilə bağlı müddəalarda dəyişiklik etmək lazım deyil. Məcəllənin müəyyənləşdirdiyi seçki komissiyalarının formatı ilə bağlı irəli sürülən təkliflərdə hesab edirəm ki, Azərbaycanın unikal siyasi ab-havası əksini tapmır. Əksinə məcəllədə müəyyənləşdirilən format Azərbaycanın indiki siyasi münasibətilərin rəngarəngliyini və unikallığını çox dəqiq şəkildə əks etdirir.

- Azərbaycan parlamentinin Xocalı faciəsinin dünya dövlətləri parlamentlərində tanınması istiqamətində apardığı işi məqbul saymaq olarmı?

- Xocalı faciəsinə ilk dəfə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamentində siyasi qiymət verilib. Bu sənəd bütün dünya parlamentlərinə, beynəlxalq təşkilatlara ünvanlanıb. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, ayrı-ayrı dünya dövlətlərində və parlamentlərində Xocalı soyqrımı ilə bağlı məsələyə də ikili standartlar mövcuddur. Biz dəfələrlə ayrı-ayrı beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən söhbətlər açırıq. Təəssüf ki, bu söhbətlər onlar tərəfindən bəzi hallarda biganəliklə qarşılanır. Ancaq bu o demək deyil ki, Azərbaycan parlamenti bu faciənin dünya dövlətləri tərəfindən tanınması istiqamətində heç bir fəaliyyət göstərməyəcək. Əksinə, hər bir azərbaycanlı fəaliyyətini bu istiqamətə yönəltməlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Kateqoriyasında olan digər xəbərlər
Ərdoğan: Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
Siyasət 20 Fevral 21:06
Xəzərlə bağlı saziş layihəsinin bir sıra müddəaları razılaşdırılıb - Kommünike
Siyasət 20 Fevral 19:52
Azərbaycanla Aİ arasında danışıqların növbəti raundu keçirilib
Siyasət 20 Fevral 19:21
Milli Məclisin nümayəndə heyəti Avstraliyada işgüzar səfərdədir (FOTO)
Siyasət 20 Fevral 18:40
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan-2019” layihəsinin iştirakçıları ilə görüş keçirilib
Siyasət 20 Fevral 17:57
Rusiyalı nazir: Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq inkişaf etməlidir
Siyasət 20 Fevral 17:19
Xəbər lenti
Azərbaycan qaz hasilatını artıracaq
Energetika 20 Fevral 23:30
Türkiyənin müdafiə naziri ABŞ-lı həmkarı ilə görüşəcək
Dünya xəbərləri 20 Fevral 22:57
Bakıda anasını və qardaşını yandıran şəxs təkrar ekspertizaya göndərildi
Gündəm 20 Fevral 22:30
Ölkədə qızıl-gümüşün QİYMƏTİ bahalaşdı
Cəmiyyət 20 Fevral 22:00
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
İqtisadiyyat 20 Fevral 21:29
Ərdoğan: Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
Siyasət 20 Fevral 21:06
Yaradıcı şəxslər üçün yeni müsabiqə başlayır
Mədəniyyət 20 Fevral 20:48
Avstraliyada mozaikquyruqlu siçovullar məhv olub - SƏBƏB isə...
Dünya xəbərləri 20 Fevral 20:30
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
Telekommunikasiya 20 Fevral 20:16
Ən çox oxunanlar
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə – 30 faiz vergi qoyuldu
Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb
Azərbaycanda münaqişəli ailələrin sayı artır
Nəzər nöqtəsi
Siyavuş Novruzov: Hökumətin bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlaması müxalifəti əndişələndirir

Siyavuş Novruzov: Hökumətin bütün sahələrdəki problemləri diqqət mərkəzində saxlaması müxalifəti əndişələndirir

Ekspert: Prezident İlham Əliyevin imzaladığı yeni fərman insan, vətəndaş amilinə verilən böyük dəyərdir
Ekspert: Prezident İlham Əliyev xalqı narahat edən daha bir problemin həlli istiqamətində mühüm addım atdı
Dilçilik İnstitutunun direktoru: Dilimizdə əcnəbi sözlərdən yersiz istifadə əsas problemlərdəndir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri