...

AXCP-"klassiklər" Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Siyasət Materials 24 Fevral 2006 16:12 (UTC +04:00)

Fevralın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) "klassiklər" qanadı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Trend ə həmin partiyadan məlumat verilib. İcra Hakimiyyətinə təqdim olunan məktubda AXCP-nin (klassiklər) martın 26-da keçirəcəyi qurultaya yer ayrılması xahiş edilir. Partiya bununla bağlı Bakı Şəhər İcra Hakmiyyətinə Heydər Əliyev adına Sarayı və Şəhriyar adına Mədəniyyət Sarayını təklif edib. Qurultay təşkilatçıları partiya üzvlərinin sayının çoxluğunu əsas gətirərək bu obyektlərdən birində qurultay keçirmək niyyətində olduqlarını bildiriblər. AXCP-nin məktubu Bakı Şəhər İcra Hakimiyyətinin ümumi şöbəsinə qəbul olunub.

Partiyadan bildirilib ki, əgər paytaxt rəhbərliyi göstərlən iki saraydan heç birində qurultay keçirməyə icacə verməs və başqa bir obyekti təklif etsə, bu məsələni müzakirə edib müvafiq qərar verəcəklər.

Xəbər lenti

Xəbər lenti