...

ABŞ-ın Azərbaycandakı səfiri Bakının ətrfındakı internat məktəbə baş çəkib

Siyasət Materials 3 Mart 2006 18:32 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş martın 3-də Bakının Mərdəkan qəsəbəsində yerləşən 3 saylı internat-məktəbə baş çəkərək burada yeni avadanlıqların və avtomobillərin təqdimatı mərasimində iştirak edib. Bu barədə Trend məlumat verib.

Avadanlıqlar, 3 avtomobil, 10 velosiped, inventarlar, paltaryuyan maşınlar və bir çox dijərləri ABŞ-ın Avropadakı komandanlığının və World Iision QHT-nın birgə layihəsi çərçivəsində internat -məktəbə verilib. Dörd oxşar layihədən biri çərçivəsində təqdim olunan bu yardım əqli cəhətdən inkişaf etməmiş 120 uşaq üçün nəzərdə tutulub.

R. Harnişin sözlərinə görə, bu cür aksiyalar qarşıdakı həftə ərzində də davam etdiriləcək və o zaman onun şəxsən iştirakı ilə Şəki şəhərində yeni məktəbin binası istismara veriləcək.

Mərasimdə Azərbaycanın Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyinin nümayəndələri, eləcə də internat-məktəbin rəhbərliyi, eləcə də World Iision QHT-nın nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti