...

Müsavat başqanı ABŞ və Böyük Britaniya nümayəndələri ilə görüşüb

Siyasət Materials 16 Mart 2006 17:55 (UTC +04:00)

Trend-i buradan izləyin

Müsavat Partiyasının sədri İsa Qəmbər martın 16-da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (BİA) nümayəndəsi Aleksandr Sokolovski ilə görüşüb. Bu barədə Trend ə adıçəkilən partiyanın mətbuat xidmətindən bildiriblər.

Görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, demokratiya və insan haqlarının bugünkü durumu, təkrar seçkilər, Müsavat Partiyasının yaxın dövr üçün fəaliyyət proqramı və ikitərəfli münasibətlərin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

Müsavat başqanı elə həmin gün Böyük Britaniyanın ATƏT-dəki nümayəndəsi Kolin Munro ilə görüşüb. Görüşdə ötən parlament seçkilərinin nəticələri və təkrar seçkilər, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti