...

Azərbaycanın baş naziri Polşanın iqtisadiyyat nazirini qəbul edib

Siyasət Materials 7 Aprel 2006 20:57 (UTC +04:00)

Azərbaycanın baş naziri Artur Rasizadə aprelin 7 -də Polşanın iqtisadiyyat naziri Pyotr Vojnyakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend in verdiyi məlumata görə, görüşdə P. Vojnyak səfər çərçivəsində apardığı danışıqlarla bağlı məlumat verib və onun ölkəsinin Azərbaycanla energetika və kimya sənayesi sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Onun sözlərinə görə, Polşa ilə Azərbaycan arasında mal dövriyyəsinin səviyyəsi mövcud potensiala cavab vermir.

A. Rasizadə iqtisadi əlaqələrin inkişafının mühümlüyünü qeyd edib və bu prosesdə hökumətlərarası komissiyanın rolunu xüsusi qeyd edib.

Görüşdə həmçinin, Azərbaycan-Polşa iqtisadi əlaqələrinin inkişafı məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti