AŞPA-nın bundan əvvəlki sessiyası gedişində təşkilavtın Bürosuna təqdim olunan "Azərbaycanın işğal olunmuş ərazilərində faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən işlənməsi və dağıdılması" tövsiyələr layihəsi genişləndirilib və aprelin 12-də yenidən Assambleyanın rəhbərliyinin diqqətinə çatdırılıb. Bu barədə Strasburqda Trend in müxbiri ilə söhbətində Azərbaycanın AŞPA-da parlament nümayəndə heyətinin üzvü Rafael Hüseynov bildirib.
Sənəddə bildirilir: "Ermənistanın yürütdüyü təcavüzkar siyasət təkcə hərbi təcavüzlə məhdudlaşmır, eləcə də Azərbaycanın ekologiyasına endirilən böyük itki ilə müşaiyət olunur. Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində rəsmən təsdiqlənmiş 90 təbii faydalı qazıntı yataqğı mövcuddur. Eləcə də, söhbət 3 qızıl (Qızılbulaq, Vejnəli və Zod), 1 sink, 2 mis, 6 civə, 2 xromit, 16 daş yatağı var.
Ermənistanın ödəməli olduğu kompensasiyaların həcmi bu yataqları istismar edən bir sıra beynəlxalq şirkətlərin əldə olunan böyük gəlirlər nəzərə alınmaqla daha çox artır.
1998-ci ildə Ermənistan Kanadanın "First Dynasty Mines" şirkəti ilə Zod yatağının işlənməsi ilə bağlı müqavilə imzalayıb və bunun nəticəsində 500 kiloqram qızıl hasil edilib. Eyni zamanda, Hindistanın "Sterlite Gold LTD" şirkətinin qızıl hasilatı ilə bağlı fəaliyyəti nəticəsində 500 hektardan artıq ərazi məhv edilib.
Yuxarıda göstərilənlərə əsaslanaraq, azərbaycanlı parlamentarilər AŞPA-nın bu məsələ ilə bağlı xüsusi məruzəsinin hazırlanması təşəbbüsü ilə çıxış ediblər.
R.Hüseynovun sözlərinə görə, belə sənədlərin hazırlanmasında məqsəd AŞPA-nın diqqətini təkcə bu problemə cəlb etmək deyil, həm də bu mövzuya həsr olunan sənədlərin sayının beynəlxalq səviyyədə artırılmasına xidmət edir. "Unutmaq olmaz ki, hər bir sənədin altında AŞPA-nın onlarla deputatının imzası durur və gələcəkdə Ermənistan beynəlxalq məhkəmə qarşısında cinayətləri üçün cavab verərkən bu ədəbiyyatdan rəsmi sənədlər kimi istifadə olunacaq", -deyə azərbaycanlı parlamentari bildirib.