...

Baktıkoja İzmuxambetov: Aktau-Bakı xəttinə Qazaxıstan neftinin nəqli üçün yeni marşrutlar arasında prioritet istiqamət kimi baxılır

Siyasət Materials 13 Aprel 2006 16:47 (UTC +04:00)
Baktıkoja İzmuxambetov: Aktau-Bakı xəttinə Qazaxıstan neftinin nəqli üçün yeni marşrutlar arasında prioritet istiqamət kimi baxılır

Qazaxıstanın energetika naziri ilə Trend in müsahibəsi

- Siz energetika sahəsində Azərbaycan-Qazaxıstan əməkdaşlığının perspektivlərinin necə görürsünüz?

- 1998-ci ilin oktyabrında Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Özbəkistan prezidentlərinin imzaladığı Ankara bəyannaməsi və 1999-cu ilin noyabrında Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ-ın rəhbərləri tərəfindən imzalanan İstanbul bəyannaməsi ilə möhkəmləndirilmiş müqavilərərə müvafiq olaraq Astana və Bakı Aktua-Bakı-Tbilisi-Ceyhan daşınma sisteminin tikintisi yolu ilə Şərq -Qərb vahid energetika dəhlizinin yaradılmasında sıx əməkdaşlıq edir.

Hazırda bu məqsədlə tərəflər Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisindən neft daşınmalarına yardım və dəstək barədə müqavilənin imzalanmasına hazırlaşır.

- Rəsmi Bakı hesab edir ki, Qazaxıstanla Bakı-Tbilisi-Ceyhan boru kəmərinə neft vurulması barədə hökumətlərarası razılaşma 2006-cı ildə imzalana bilər. Bu danışıqlar hazırda hansı mərhələdədir? Qazaxıstan tərəfdən bu sənədi kim imzalayacaq?

- Hazırda tərəflər müqavilə layihəsi üzrə danışıqların yekun mərhələsindədirlər. Biz yaxın vaxtlarda onu hər iki tərəfin imzalayacağına ümid edirik. Müqavilə layihəsinin mətninin yekun razılaşdırılması üçün tərəflər görüşlər keçirəcəklər ki, həmin görüşlərdə onun kim tərəfindən imzalanması məsələsinə də baxılacaq.

- Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəmərinə birgə neft vurulması barədə hökumətlərarası razılaşmanın ardınca nəqliyyat razılaşmasının işlənməsinə başlayıbmı? Bu razılaşmanın imzalanacağını nə zaman gözləmək olar?

- Tərəflər arasında əldə olunan razılığa görə, Qazaxıstan və Azərbaycan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisindən neft daşınmalarına yardım və dəstək barədə müqavilənin imzalanmasından və ratifikasiyasından sonra tərəflər qəbul edən tərəflərin hökumətləri ilə razılaşma zərfinin hazırlanmasına başlayacaq.

Bu razılaşma Qazaxıstan və Azərbaycan hökumətləri arasında tərəflərin ərazisində layihənin reallaşmasında iştirak edən investorların hər biri ilə bağlanacaq. Nəqliyyat razılaşmasının hazırlanmasına müqavilənin imzalanmasından sonra başlanılacaq. O zaman investorların dəqiq siyahısı və onların iştirakının şərtləri müəyyən ediləcək.

- "Kaşağan" yatağının işlənməsi üzrə layihənin səhmdarlarının bəziləri neftin bir neçə ildən sonra kəmərə vurulması ilə bağlı VTS So şirkəti ilə razılaşma imzalayıb. Sizin fikrinizcə, "Kaşağan" nefti daha hansı istiqamətlərdə ixrac oluna bilər?

- Biz yatağın mənimsənilməsi istiqamətində neft ixracının bir sıra potensial istiqamətlərini nəzərdən keçiririk. Bu, mümkün genişləndirilməsi nəzərə alınmaqla Xəzər Boru Kəməri Konsorsiumu, Atırau-Samara, Atasu-Alaşankou kimi mövcud ixrac sistemləri ola bilər. Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsində Şimali Xəzər investorlarının (ENI, TOTAL, CONOCOPHILLIPS və INPEX) 15%-lik payla iştirak etdiyini nəzərə alaraq Qazaxıstanın Xəzər sistemi daşınmalarına (daha doğrusu, Atırau-Aktau-Bakı marşrutu) bizim tərəfimizdən qazax netinin ixracı üçün yeni marşrutlar sırasında prioritet istiqamət kimi baxılır.

- Qazaxıstan Azərbaycan ərazisindən neft ixracı üçün Xəzərin dibi ilə mümkün neft kəmərinin tikintisini alqışlayacaqmı?

- Tərəflər Aktau-Bakı neft nəqli infrastrukturlarının (müqavilədə qəbul edilən rəsmi adı "Transxəzər sistemi") yaradılmasını planlaşdırıblar. Bu da qazax neftinin Qazaxıstanda Xəzər dənizi sahillərindəki terminaldan başlayaraq gəmilər və ya digər nəqliyyat infrastrukturları vasitəsilə Azərbaycanda dəniz sahilindəki terminala nəql olunmasına imkan verir. Sonradan Aktau-Bakı sisteminin Bakı-Tbilisi-Ceyhanla və ya Azərbaycan ərazisində yerləşdirilən digər ixrac neftdaşıma infırastrukturları ilə birləşdirilməsi planlaşdırılır.

Bununla yanaşı, neft kəmərinin tikintisi ilə bağlı məsələ Xəzəryanı dövlətlərlə razılaşdırılmayıb. Bu mərhələdə biz Azərbaycan ərazisindən neft ixracı üçün Xəzərin dibi ilə mümkün neft kəmərinin tikintisi layihəsini nəzərdən keçirmirik.

- Qazaxıstan "Kaşağan" yatağından neftin nəqli çərçivəsində Bakı-Ceyhan giriş flansına qədər Aktau limanına üstünlük verəcək, yoxsa yenə də Kurıkda yeni limanın tikintisi planlarında qalacaq? Kurık limanının gücü Bakı-Ceyhan üçün nəzərdə tutulan bütün zəruri neft həcmi üçün kifayət edəcəkmi?

- Hazırda Qazaxıstan Kurıkda yeni dəniz neft terminalının tikintisi imkanlarını nəzərdən keçirir. Bununla əlaqədar, yaxın vaxtlarda investisiya əsaslandırmalarının işlənməsinə başlamağı planlaşdırırıq. Qazaxıstan Respublikası ərazisində neft nəqliyyatı sistemləri üzrə daha dəqiq qərar göstərilən tədqiqatlar başa çatandan sonra qəbul ediləcək.

- Sizin hesablamalarınıza görə, BTC kəməri vasitəsilə qazax neftinin nəql olunması üçün zəruri olan Aktau-Bakı dəhlizinin bütün infrastrukturunun yaradılması üçün hansı həcmdə vəsait lazımdır?

- Biz Aktau-Bakı sistemi altında Azərbaycan və Qazaxıstanın Xəzər dənizi sahillərindəki terminalları birləşdirən tikintini başa düşürük. Ehtimal olunur ki, bu sistemin investorları "KazMunayQaz" MK SC və ya affilə olunmuş şirkətlər, şimali Xəzər investorları olsa da, burada digər maraqlı tərəflər də iştirak edəcək. Layihənin dəyərinə gəldikdə, qeyd etmək lazımdır ki, bu barədə dəqiq məlumatlar investisiya əsaslandırmalarının işlənməsindən sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti