Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət Komitəsi aprelin 13-də keçirilmiş iclasda Gürcüstan, Ermənistan və Azərbaycanda tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı vəziyyəti öyrənmək üçün britaniyalı parlamentari Edvard Oxaranın regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsinə dair qərar qəbul edib. Bu barədə Trend in Strasburqdakı müxbirinə AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
"Monitorinq qrupunun təkcə Azərbaycana göndərilməsi ilə bağlı Ermənistan tərəfinin təşəbbüsünə baxmayaraq, azərbaycanlı parlamentarilər bu faktın qarşısını alıb", - deyə S.Seyidov qeyd edib.
Oxaranın regiona səfər tarixi hələlik dəqiqləşdirilməyib.