...

İsgəndər Həmidov: "Ədliyyə Nazirliyi qarşısında piketləri 6 may mitinqindən sonra bərpa edəcəyik"

Siyasət Materials 17 Aprel 2006 18:02 (UTC +04:00)

Ədliyyə Nazirliyi qarşısında etiraz piketlərimizi Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) mayın 6-a təyin etdiyi mitinqindən sonra keçirəcəyik. Bu barədə Trend ə adıçəkilən mərkəzin təsisçilərindən olan Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov bildirib.

İ.Həmidov bildirib ki, piketlərin keçiriləcəyi ilə bağlı qərar partiyanın Siyasi Şurasının növbəti toplantısında qəbul edilib: "Fəaliyyətimizi və gücümüzü mayın 6-da keçirəcəyimiz mitinqə yönəltdiymizdən piketləri sonraya saxlamışıq. Ədliyyə Nazirliyindən bizə söz vermişdilər ki, partiyanın oqeydiyyat məsələsinə baxılacaq. Lakin bütün məsələlərə baxılsa da, bizim məsələ yenidən arxivə atıldı".

AMDP sədri onu da bildirib ki, partiya digər siyasi təşkilatlarla əməkdaşlıq məsələsinə də yenidən baxacaq: "Mövqeyimizlə üst-üstə düşən siyasi qüvvələrlə əməkdaşlığa hazırıq. Ancaq bu gün əməkdaşlıqla bağlı sənədə imza atıb, sabah ona xəyanət edən qüvvələrlə əməkdaşlıqdan söhbət gedə bilməz".

Xəbər lenti

Xəbər lenti