...

Araz Əzimov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vaşinqtondan rəsmən təklif almayıb

Siyasət Materials 19 Aprel 2006 13:52 (UTC +04:00)
Araz Əzimov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vaşinqtondan rəsmən təklif almayıb

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Vaşinqtondan rəsmən təklif almayıb. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 19-da jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfə hər hansı rəsmi sənəd və ya yeni təkliflər layihəsi təqdim olunmayıb. "Hərbi münaqişə başa çatdıqdan sonra Ermənistanla normal münasibətlərin yaradılması üzrə konkret ideyalar irəli sürülüb",- deyə o bəyan edib.

A.Əzimov qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsi münaqişənin nizamlanması prosesində ilk addım olacaq. "Azərbaycan müharibənin tərəfdarı deyil. Biz problemin həlli üzrə sülh danışıqlarının davam etdirilməsində maraqlıyıq",- deyə diplomat nəzərə çatdırıb.

Son vaxtlar ATƏT-in Minsk qrupu həmsədrlərinin tez-tez görüşməsi ilə bağlı məsələyə toxunan diplomat vurğulayıb ki, o, bu görüşlərdən problemin həlli ilə bağlı böyük irəliləyişlər gözləmir.

"Yaxın vaxtlarda həmsədrlər İrəvana, daha sonra isə Bakıya səfər edəcək. Onların görüşünün əsas məqsədi Rambuye görüşündən sonra gələcək addımların müəyyən olunmasının davam etdirilməsidir", - deyə A.Əzimov bəyan edib.

Xəbər lenti

Xəbər lenti