...

İqbal Ağazadə: "Müxalifətin vahid namizəd ideyasının əleyhinəyəm"

Siyasət Materials 4 May 2006 13:08 (UTC +04:00)

"Mən müxalifətin vahid namizəd ideyasının əleyhinəyəm". Bu fikirləri Trend ə açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.

O, qeyd edib ki, seçkilərdə müxalifət düşərgəsinin vahid namizəd müəyyən etməsinə zərurət görmür: "Çünki biz hər zaman qeyd edirik ki, cəmiyyətin siyasiləşmiş təbəqəsinin faizi 10-12-dən artıq deyil. Bu az təbəqənin səsini qazanmaqdan ötrü bu qədər enerji sərf etməyə elə də lüzum yoxdur. Amma 70 faiz əhali prolblemlərin həll olunmasının, cəmiyyətin liberallaşmasının tərəfdarıdır. Bu bu təbəqəni özümüzün elektoratımıza çevirməyi düşünürük. Ola bilsin ki, bu baxımdan hansısa müşrətək addımlar atılsın".

İqbal Ağazadə özünün də təmsil olunduğu Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin gələcəkdə siyasi və seçki blokuna çevrilməsi barədə fikrini bildirərkən deyib ki, bu ideya istisna deyil: "Bu barədə indidən şərh vermək və hadisələri qabaqlamaq hələ tezdir. Lakin perspektivdə hər şey ola bilər. Biz əməkdaşlığın bütün imkanlarından istifadə etmək niyyətindəyik. Əgər bütün imkanlardan istifadə olunacaqsa, sonradan daha ciddi qurumda, seçki blokunda birləşməyin perspektivi ola bilər. Amma Azərbaycanda siyasətçilər adətən alidən ibtidaiyə doğru hərəkət edirlər. Siyasi bloklar elan edirlər, amma seçki mərhələlərində parçalanmalar gedir. Biz hesab edirik ki, ibtidaidən aliyə doğru getmək, bütün əməkdaşlıq formalarını sınaqdan keçirmək lazımdır. Yalnız bundan sonra vahid seçki blokuna çevrilmək olar".

Xəbər lenti

Xəbər lenti