...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət Materials 5 May 2006 17:45 (UTC +04:00)

Mayın 5-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Trend in məlumatına görə, iclasda MSK-nın 25 və 29 aprel 2006-cı il tarixli iclas protokolları təsdiq olunub, komissiyaya daxil olan şikayətlərə baxılıb.

MSK üzvləri Fuad Cavadov, Ramiz İbrahimov, Qabil Orucov və digərləri MSK-ya daxil olmuş bir sıra şikayətlər barədə məlumat veriblər. 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Mirmahmud Mirəlioğlunun, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd Hökumə İbrahimlinin, 38 saylı Gəncə-Nizami ikinci seçki dairəsindən namizəd Mürşüd Məmmədlinin, 110 saylı Zaqatala dairəsindən Elmira Məmmədovanın və digərlərinin şikayətləri araşdırılarkən onların iddiaları təsdiqini tapmayıb. Bunu əsas gətirərək MSK şikayətləri təmin etməyib. Yalnız bəzi dairələrdən verilmiş şikayətlərin araşdırılmasına qərar verilib.

Xəbər lenti

Xəbər lenti