...

Azərbaycan neftinin qiymətləri: həftənin yekunları

Siyasət Materials 15 May 2006 12:51 (UTC +04:00)
Azərbaycan neftinin qiymətləri: həftənin yekunları

Mayın 8-12-si həftəsində Gürcüstanın Supsa və Batumi limanlarından satılan bir barel AZERI LT CIF neftinin qiyməti $70,06 təşkil edib ki, bu da əvvəlki həftədə olan qiymətdə nisbətən $1,15 azdır.

Trend in məlumatına görə, ötən həftə AZERI LT CIF neftinin bir barelinin maksimal qiyməti $72,02, minimal qiyməti isə $69,59 olub.

Mayın 1-5-i həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL neftinin bir barelinin maksimal qiyməti $64,33 təşkil edib ki, bu da bundan əvvəlki həftəyə nisbətən $0,84 azdır. Ötən həftə URAL neftinin bir barelinin maksimal qiyməti $66,72, minimal qiyməti isə $69,81təşkil edib.

Brent (DTD) neftinin etalon sortunun qiyməti ötən həftə $70,45 təşkil edib ki, bu da bundan əvvəlki həftə orta qiymətdən $2,31azdır. Ötən həftə Brent neftinin maksimal qiyməti $66,45, minimal qiyməti isə $ 61,67 təşkil edib.

API üzrə URAL neftinin sıxlığı 32 dərəcədir, kükürdün həcmi 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikası onun tərkibindəki neftin çox (və ya az) keyfiyyətli olmasından asılı olaraq müxtəlif vaxtlarda dəyişir. DTD -nin sıxlığı API üzrə 38,3, kükürdün həcmi 0,36%-dir.

Azeri Light növlü neftlə dolu ilk Azərbaycan tankeri Türkiyənin Ceyhan limanında mayın28-iyunun 3-ü arasında yüklənəcək. Partiyanın həcmi 80 min ton təşkil edir. Hazırda Ceyhandan neftin yüklənməsi üzrə iyun qrafiki tərtib edilir. İyunda bir neçə tankerin yüklənəcəyi ehtimal edilir. 2005-ci ilin mayından 2006-cı ilin mayına kimi BTC neft kəmərinə 1 mln. 083 min ton (8,072 mln. barel) neft vurulub. BTC-nın neftlə doldurulması üçün 10 mln. barel yanacaq lazımdır.

Xəbər lenti

Xəbər lenti