...

Azərbaycan prezidenti Ukraynanın yanacaq və energetika nazirini qəbul edib

Siyasət Materials 16 May 2006 19:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev bu gün Ukraynanın yanacaq və energetika naziri İvan Plaçkovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident Azərbaycanla Ukrayna arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. Bu yaxınlarda Ukrayna prezidenti ilə telefon söhbətində ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə etdiklərini bildirən Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda Kiyevdə GUAM-ın sammitində iki dövlət başçılarının görüşünün keçiriləcəyini bildirib.

İ.Plaçkov Ukrayna prezidenti Viktor Yuşşenkonun məktubunu təqdim edib. Ukrayna prezidenti məktubunda Azərbaycanla hərtərəfli münasibətlərin inkişafına hazır olduğunu ifadə edib. Prezident Yuşşenko Azərbaycan və Ukraynanın qarşılıqlı münasibətlərinin strateji xarakterdə olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti