...

İlham Əliyev Moldova prezidentini 65 illik yubileyi münasibətilə təbrik edib

Siyasət Materials 24 May 2006 17:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Moldovanın dövlət başçısı Vladimir Voronini 65 illik yubileyi münasibətilə təbrik edib. Bu barədə Trend məlumat yayıb.

Təbrik məktubunda qeyd olunur ki, Moldovanın dövlətçiliyi və suverenliyinin möhkəmlənməsinə, demokratiyanın və hüquq qaydasının inkişafına, sosial-iqtisadi dəyişikliklər aparılmasına yönəldilmiş çoxşaxəli fəaliyyəti Vladimir Voroninə böyük hörmət və nüfuz qazandırıb.

Məktubda bildirilir: "Əminəm ki, Azərbaycanla Moldova arasındakı ənənəvi dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və xalqlarımızın mənafeyinə, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcəkdir".

Xəbər lenti

Xəbər lenti