...

Milli Məclisdə iqtisadi sahəyə dair qanunların ekspertizası aparılır

Siyasət Materials 2 İyun 2006 15:24 (UTC +04:00)

MM-də iqtisadi sahəyə dair qanunların ekspertizası aparılır. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından bildiriblər.

Qeyd olunub ki, komissiyanın üzvləri müvafiq orqanlarla birlikdə, iqtisadi sahəyə dair qanunların ekspertizasını aparır. İlkin nəticələrə görə, bəzi qanunlarda dəyişikliklərin edilməli, eləcə də ölkə iqtisadiyyatının dinamik inkişafına təkan verəcək bir sıra yeni qanunlar qəbul olunmalıdır.

Komissiyadan onu da bildiriblər ki, hazırda "Rəqabət haqqında" yeni qanun layihəsi hazırlanır. Bu qanunun əsas qayəsi, iqtisadi sahədə münasibətləri tənzimləməklə yanaşı, müxtəlif sahələr üzrə inhisarçılığın aradan qaldırılmasını təmin etməkdir. İşçi qrupu daha bir neçə qanun layihəsi hazırlamaq fikrindədir.

O da qeyd olunub ki, dövlət büdcəsinin icrasına ictimai nəzarət gücləndiriləcək. Gələn ildən etibarən dövlət büdcəsi layihəsinin müzakirəsinə ictimaiyyət nümayəndələri də dəvət olunacaq.

Xəbər lenti

Xəbər lenti