...

Bakı meriyası Müsavatın "Qələbə" meydanında mitinq-yürüş keçirməsinə icazə verməyib

Siyasət Materials 8 İyun 2006 18:30 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının "Qələbə" meydanında keçirmək istəyi mitinq-yürüşə icazə verməyib. Bu barədə Trend ə Müsavat Partiyasının mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, adıçəkilən partiya Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı iyunun 10-u saat 17.00-dan 19.00-dək "Qələbə" meydanında mitinq-yüruş keçirməklə bağlı Bakı meriyasına mayın 31-də müraciət ünvanlayıb. Meriyadan partiyanın müraciətinə iyunun 8-də mənfi cavab verilib.

Mətbuat xidmətindən onu da bildiriblər ki, iyunun 9-da saat 11.00-da başqanın yanında müavinlərin toplantısı keçiriləcək və meriyanın cavabı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti