...

Azərbaycanda "melanj" tipli zəhərli raket yanacağının məhvinə başlanılıb

Siyasət Materials 4 İyul 2006 13:08 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, iyulun 4-də Azərbaycanda "melanj" tipli zəhərli raket yanacağının məhvinə başlanılıb.

Qeyd edək ki, respublikada SSRİ dövründən 1 200 ton yanacaq saxlanılırdı və Azərbaycanda NATO həftəsi çərçivəsində Mingəçevir şəhəri və Ələt qəsəbəsində yanacağın məhvi üzrə iki mini-zavod işə salınıb.

İl ərzində 1 500 ton gübrə istehsalı nəzərdə tutulur. Layihə işləri 2 mln dollar dəyərində qiymətləndirilir. ATƏT layihənin gerçəkləşdirilməsinə ekspert dəstəyi göstərir.
Ələtdə mini-zavodun işə başlaması mərasimində NATO baş katibinin müavini Jan Furne iştirak edib.

Xəbər lenti

Xəbər lenti