...

Azərbaycanın Şamaxı və Göyçay rayonları icra hakimiyyətlərinin başçıları təyin olunub

Siyasət Materials 7 İyul 2006 17:39 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin 7 iyul 2006-cı il tarixli sərəncamına əsasən, Nazim Mehdi oğlu İsmayılov Şamaxı rayonu icra hakimiyyətinin başçısı təyin olunub. Əvvəllər N.İsmayılov Göyçay rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.

Dövlət başçısı digər sərəncamı ilə Mübariz Alı oğlu Ağayevi Göyçay rayonunun icra başçısı təyin edib.

Xəbər lenti

Xəbər lenti