...

Bələdiyyə seçkilərində iştirak edən 78 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 7 İyul 2006 17:42 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edənlərdən artıq 78 nəfərin namizədliyi qeydə alınıb. Trend in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov açıqlama verib.

Ümumilikdə 1017 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib. Onlardan 968 nəfəri dairə seçki komissiyalarından imza vərəqələrini götürüb. 110 nəfər imzatoplama kampaniyasını başa çatdıraraq vərəqləri təhvil verib. Dairə seçki komissiyalarında 78 nəfərin namizədliyi qeydə alınıb.

Seçki marafonuna qoşulanlardan əksəriyyəti bitərəflərdir. Qalanları Yeni Azərbaycan Partiyasının, AXCP-nin, Müsavat, Sosial Rifah, Vətəndaş Həmrəyliyi, ADP, BAXCP, Ədalət, Demokratik İslahatlar, Demokratik Azərbaycan Dünyası, Milli Konqres, Vətəndaş Birliyi, Azərbaycan Milli İstiqlal partiyalarının üzvləridir.

Xəbər lenti

Xəbər lenti