...

MDB liderləri təşkilatda islahatların keçirilməsini müzakirə edir

Siyasət Materials 22 İyul 2006 14:58 (UTC +04:00)

MDB liderləri Kremldə təşkil olunan qeyri-rəsmi zirvə görüşündə təşkilatda islahatların gerçəkləşdirilməsini müzakirə edir. Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, görüşü açan Rusiya prezidenti Vladimir Putin bildirib ki, sədr tərəfindən təşkilatın inkişafı ilə bağlı təkliflər hazırlanıb.

V.Putin sözü MDB-nin sədri Nursultan Nazarbayevə verib. Qazaxıstan prezidenti xatırladıb ki, müzakirə ediləsi layihə bir neçə gün əvvəl səfirliklər vasitəsilə göndərilib. "Bu, təkliflərdən biridir. Hamı əlavələr edə bilər" - deyə o vurğulayıb. "Yalnız bir məqsəd var, o da hamımızı qane edən parametrlərin qəbuludur" - deyə o qeyd edib.

Rusiya prezidenti bütün görüş iştirakçılarına Moskvaya gəlib görüşdə iştirak etdikləri üçün təşəkkürünü bildirib. V. Putin deyib ki, dünən axşam görüş iştirakçıları tam qeyri-rəsmi şəraitdə söhbət etmək imkanı əldə edib. Onun sözlərinə görə, Kremldəki görüşdən sonra MDB liderləri müzakirələri Kreml divarlarından kənarda davam etdirərək ikitərəfli və çoxtərəfli məsələlərə toxunacaq.

Zirvə görüşündə MDB ölkələrinin 8 dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Xəbər lenti

Xəbər lenti