...

Azəbaycan prezidenti "Onkoloji yardım haqqında" qanunun tətbiqi barədə fərman verib

Siyasət Materials 5 Avqust 2006 12:23 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev "Onkoloji yardım haqqında" qanunun tətbiqi barədə fərman verib.

Sənəddə Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Onkoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək; onkoloji xəstəliklərin azaldılmasına yönəldilmiş müalicə-profilaktika tədbirlərinin həyata keçirilməsi qaydasını müəyyən etmək tapşırılır.

Sənəddə, həmçinin, hökumətə onkoloji xəstələrə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarını, onkoloji xəstələrin dərman vasitələri ilə təminatı qaydasını, onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısını və miqdarını müəyyən etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti