...

Azərbaycan Prezidenti Ali məhkəmənin yeni binasının təməl qoyma mərasimində iştirak edəcək

Siyasət Materials 7 Avqust 2006 11:39 (UTC +04:00)

Avqustun 8-də Azərbaycanın Ali məhkəməsinin (AM) yeni binasının təməl qoyma mərasiminin keçirilməsi nəzərdə tutulub. Azərbaycan prezidentinin mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, mərasimdə dövlət başçısı İlham Əliyevin iştirakı gözlənilir.

AM-dən xəbər verildiyi kimi, məhkəmənin yeni binası Xətai heykəlinin yaxınlığında yerləşəcək. 5 mərtəbəli binanın tikintisi planlaşdırılır. Tikintinin 2008-ci ildə tamamlanması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti