...

Təhsil naziri M.Mərdanov: "Yeni dərs ilinə qədər 17 qanunsuz filialın bağlanması məsələsi həllini tapacaq"

Siyasət Materials 11 Avqust 2006 13:38 (UTC +04:00)

Müxtəlif ölkələrin ali məktəblərinin Azərbaycanda qanunsuz fəaliyyət göstərən filialları barəsində məhkəmə prosesləri davam edir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov açıqlama verib.

O qeyd edib ki, hazırda ölkədə 17 filialın bağlanması gündəmdədəir. Artıq 3 filialdan Təhsil Nazirliyinə müraciət daxil olub və onlar fəaliyyətlərini dayandırdıqlarını bildiriblər. Bundan sonra həmin filiallar tələbə qəbulu ilə məşğul ola bilməzlər. 8 filialın işinə isə İqtisad Məhkəməsində baxılır. Nazirin sözlərinə görə, yeni dərs ilinə qədər 17 filialın məsələsinin həllini tapacağı gözlənilir.

Nazir Gürcüstanda yaşayan azərbaycanlı gənclərin Azərbaycandakı ali məktəblərə qəbul oluna bilməməsi probleminə də toxunub. Bildirib ki, əgər Gürcüstandakı azərbaycanlı məzunların bu problemi kütləvi hal alarsa, Təhsil Nazirliyi onlar üçün qəbul vaxtının uzadılmasına dair Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qarşısında məsələ qaldıracaq. M.Mərdanovun sözlərinə görə, hələlik bu məsələ kütləvi hal almayıb və cidi problem deyil.

Xəbər lenti

Xəbər lenti