...

Səfir Tələt Əliyev: Ukraynadakı Azərbaycan diasporu arasında nifaq yoxdur

Siyasət Materials 16 Avqust 2006 17:50 (UTC +04:00)

Ukraynadakı Azərbaycan diasporu arasında nifaq yoxdur. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev avqustun 16-da jurnalistlərə bildirib.

Bir sıra KİV-lərin Ukrayna Azərbaycanlıları Konqressindəki nifaq haqqında yaydığı məlumatı şərh edərkən o deyib: "Mən deməzdim ki, diaspor və ayrı-ayrı liderlər arasındakı fikir ayrılığını nifaq adlandırmaq olar. Heç kim hər hansı bir təşkilatın daimi sədri ola bilməz və əgər sədrin fəaliyyətilə bağlı narazılıq varsa, o zaman, təbii ki, yeni sədr seçilir" - deyə T.Əliyev vurğulayıb.

"Martıq 16-da Azərbaycan prezidentinin dünya azərbaycanlılarının ikinci qurultayındakı çıxışı və orada qəbul olunmuş sənədlər Azərbaycan diasporunun bütün dünyada fəaliyyəti üçün təlimat kitabçası olacaq" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti