...

Azərbaycan prezidenti Malayziyanın ali başçısı və baş nazirinə təbrik məktubu göndərib

Siyasət Materials 30 Avqust 2006 16:51 (UTC +04:00)

Azərbaycan prezidenti Malayziyanın ali başçısı Taunk Səid Siracuddin Putr Camalulala və ölkənin baş naziri Abdulla Əhməd Bədəviyə Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.

Dövlət başçısı öz məktubunda əminliklə bildirib ki, Azərbaycan və Malayziya arasında dostluq və tərəfdaşlıq münasibətləri bundan sonra da dinamik şəkildə inkişaf edəcək və möhkəmlənəcək. İ.Əliyev ölkənin dövlət başçısı və baş nazirinə, həmçinin Malayziya xalqına sülh, əmin-amanlıq və tərəqqi arzulayıb.

Xəbər lenti

Xəbər lenti