...

AB komissarı: Azərbaycan qaz tədarükünün diversifikasiyasında Avropaya kömək edəcək

Siyasət Materials 31 Avqust 2006 18:48 (UTC +04:00)

Avropa Birliyinin komissarı Andris Piebalgs hesab edir ki, Avropa öz qaz tədarüklərini bu yanacaq növünün Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qətər və çox ehtimal ki, İrandan idxal hesabına diversifikasiya etməlidir. Bu barədə Trend AFX-ya istinadən xəbər verir.

Onun sözlərinə görə, Avropa Birliyinin hazırda üç əsas qaz tədarükçüsü var - Rusiya, Əlcəzair və Norveç.

Oktyabr ayında Avropa Komissiyasının nümayəndələri payız mövsümünə hazırlıq çərçivəsində Ukraynada qazın vəziyyətini müzakirə edəcəklər.

2006-cı ilin sonunda Azərbaycan "Şahdəniz" yatağından təbii qaz hasilatı və ixracına başlamağı planlaşdırır. Bu, artıq 2007-ci ildə Türkiyə bazarlarına müəyyən həcmləri tədarük etməyə, bir neçə ildən sonra isə Avropaya qaz tədarük etməyə imkan verəcək. Həmçinin ehtimal olunur ki, Qazaxıstan qazı tranzitlə Azərbaycan ərazisindən keçərək Avropa bazarına tədarük olunacaq.

Xəbər lenti

Xəbər lenti