...

"Fitch" Azərbaycanın bank sisteminin dayanıqlıq riskinin yüksək olduğunu bir daha təsdiqləyib

Siyasət Materials 6 Sentyabr 2006 19:25 (UTC +04:00)

Bu gün "Fitch Ratings" bank sisteminin riskləri üzrə yeni hesabatını dərc edib. Trend in "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatına istinadən verdiyi xəbərə görə, son 6 ay ərzində bütövlükdə bank sistem risklərinin zəifləməsi müşahidə olunub.

"On iki bank sistemi üzrə nəzərə çarpacaq dərəcədə dayanıqlıq artımı müşahidə olunub, amma ən yüksək risk kateqoriyasına aid edilən ölkələrin sayı isə 45-dən 40-dək azalıb (bütövlükdə 81 sistemin vəziyyəti müşahidə olunur). Eyni zamanda kreditləşmə həcminin sürətli artımı bir sıra ölkələrdə narahatlıq doğuran amil kimi qalmaqdadır və yaxın 6 ərzində vəziyyətin pisləşməsinə gətirib çıxara bilər", - deyə suveren reytinq üzrə "Fitch" analitik qrurunda baş direktor Riçard Foks qeyd edib.

Bank sisteminin daxili vəziyyətinin dayanıqlığını və keyfiyyətini qiymətləndirmək üçün istifadə olunan "Fitch" bank sisteminin indikatoru (BSI) 12 ölkə üzrə yaxşılaşıb.

İqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında İspaniya və İsveçrə BSI-nin ən yüksək "A" kateqoriyasına keçib. Avstriya və Almaniya da yüksək olan "B" kateqoriyasında yer alıblar. Bu kateqoriya dayanıqlı və yüksək keyfiyyətli bank sisteminə müvafiqdir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin bank sisteminin 90%-i bu kateqoriyalarda qərarlaşıb. Yaponiyada bir pillə qalxıb və indi o, BSİ-nin "C" kateqoriyasına aiddir.

İnkişaf etməkdə olan bazarlarda da bank sisteminin möhkəmlənməsi müşahidə olunub. İnkişaf etmiş ölkələrin bank sistemləri ilə bir səviyyədə duran "B" kateqoriyasındakı sistemlərin sayı 9-dək artıb. Bura Bəhreyn, Çexiya Respublikası, Meksika və Qətər əlavə olunub.

Bundan başqa, Braziliya, Latviya və Oman daha yüksək - "C" kateqoriyasına keçib. Eyni zamanda, inkişaf etməkdə olan bazarların bank sistemlərinin yarısı "dayanıqsız" kateqoriyasına (BSİ "D"), 20 %-i isə "çox dayanıqsız" (BSİ "E") kateqoriyasına aiddir.

Makro-prudensional risk o vaxt yaranır ki, kreditləşmənin hədsiz artımı aktivlərin əhəmiyətli dərəcədə artımı və ya kurs mübadiləsinin real möhkəmlənməsi ilə müşayiət olunsun və bu, çox vaxt sistem problemlərinin mövcudluğundan xəbər verir.

Makro-prudensional indikatorla (MPI) ölçülən bu qəbildən olan risklər fevraldan bəri bir qədər artıb. Beş ölkə - Avstriya, Çexiya Respublikası, Hindistan, Slovakiya və Sloveniya qalxaraq "orta risk" (MRİ "2") kateqoriyasında qərarlaşıb. Eyni zamanda, Malta və Norveç daha aşağı risk kateqoriyasına keçib. Axırıncı MPİ-nin "3" kateqoriyasından keçirilib.

MPİ-nin ən yüksək "3" kateqoriyasına yeni ölkə aid edilməyib. Bu kateqoriyada cəmi 5 ölkə - Azərbaycan, İslandiya, İrlandiya, Rusiya və CAR qərarlaşıb.

"Fitch" makro-prudensional risk üzrə qiymətləndirməni 2006-cı ilin fevral ayında dərc olunmuş hesabatında bir il öncə aparılıb. Buraya ilk dəfə olaraq, 2005-ci ilin məlumatları da daxil edilmişdi. Yeni hesabatdakı qiymətləndirmə 2005-ci ilədək üç il ərzindəki məlumatlara əsaslanıb və bir qayda olaraq, üç illik proqnoz dövrü üçün bank sistemindəki gərginlik ehtimalına dəlalət edir.

Xəbər lenti

Xəbər lenti