2006-cı ilin sonunadək Azərbaycan və Rusiya Federasiyasının daxili qoşunları arasında sənəd imzalanması nəzərdə tutulub. Bu barədə Trend ə Azərbacyan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsindən məlumat verilib.
Novosibirskdə imzalanması nəzərdə tutulmuş sənəd DQ-lər arasında əməkdaşlığa dair niyyət protokolundan ibarətdir.
Sənəd hər iki ölkə daxili qoşunlarının komandanları tərəfindən imzalanacaq.