...

Gəncədə Mircəlal Paşayevin büstünün açılışı olub

Siyasət Materials 29 Sentyabr 2006 15:40 (UTC +04:00)

Bu gün Gəncədə Mircəlal Paşayev adına 39 saylı orta məktəbin önündə Azərbaycanın tanınmış yazıçısı və ziyalısı Mircəlal Paşayevin büstünün açılışı olub. Tədbirdə Mircəlal Paşayevin oğlu Arif Paşayev və nəvəsi Nərgiz Paşayeva da iştirak ediblər. Bundan başqa tədbirdə şəhər içtimayətinin nümayəndələri və Bakıdan qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə profesor Vasim Məmmədəliyev açıb. O, Mircəlal Paşayev şəxsiyyəti və onun Azərbaycan ədəbiyyatındakı yeri barədə məlumat verib. Sonra şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, gəncəlilər fəxr edirlər ki, Mircəlal Paşayev məhz bu şəhərdə yaşayıb yaradıb.

Tədbirdə Mircəlal Paşayevin nəvəsi Nərgiz Paşayeva çıxış edərək babasının xatirəsinə göstərilən qayğıya görə gəncəlilərə təşəkkürünü bildirib.

Rəsmi hissədən sonra tədbirin bədii hissəsi keçirilib. Sonda Mircəlal Paşayevin adını daşıyan 39 saylı orta məktəbə baxış keçirlib. Qeyd edək ki, məktəb bu yay əsaslı təmir olunub. Qonaqlar məktəbdə yaradılan Mircəlal Paşayev muzeyində Paşayevlər nəslinin şəcərəsi və onun əsərlərini əks etdirən rəngli tablolarla tanış olublar. Arif Paşayev muzeyə Quran hədiyyə edib. Məktəbin kompüter otaqları ilə də tanış olan Arif və Nərgiz Paşayevlər məktəbin müasir standartlara tam cavab verdiyini qeyd ediblər. Onlar məktəbə ev kinotetrı, musiqi mərkəzi və xalca hədiyyə ediblər.

Xəbər lenti

Xəbər lenti