...

Mirmahmud Mirəlioğlu: "Müxalifətin vahid milli güc mərkəzinin yaradılması üçün partiyalar arasında danışıqlar aparılır"

Siyasət Materials 4 Oktyabr 2006 12:14 (UTC +04:00)

Müxalifətin vahid milli güc mərkəzinin yaradılması məqsədilə siyasi partiyalar arasında danışıqlar aparılır. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

O bildirib ki, KXCP müxalifət düşəgrəsində bütün siyasi qüvvələrin vahid milli güc mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. M.Mirəlioğlunun sözlərinə görə, bu ideyanın reallaşması üçün hazırda iş aparılır. Məsələ ilə bağlı siyasi partiyalar arasında danışıqlar gedir. M.Mirəlioğlunun sözlərinə görə, təşəbbüs siyasi qüvvələr tərəfindən müsbət qarşılanır.

"Əsas niyyət siyasi qüvvələrin bir arada olmasını təmin etməkdən ibarətdir. Siyasi partiyaların əsas prioritet məsələlərlə bağlı işbirliyiniy yaradılmasına, onların fəaliyyətlərinin koordinasiya olunmasına çalışmacağıq" - deyə M.Mirəlioğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti