...

GUAM Parlament Assambleyasının növbəti iclası Moldovada keçiriləcək

Siyasət Materials 4 Oktyabr 2006 18:03 (UTC +04:00)

"Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" Parlament Assambleyasının növbəti iclasının keçirilməsi planlaşdırılır. Bu barədə Trend təşkilatın kabitliyinə istinadən xəbər verir.

Görüşdə birliyin parlament tərkibinin gələcək inkişafı, aktual problemlərin həllində iştirakçı dövlətlərin qanunverici orqanlarının rolunun gücləndirilməsi, regionda parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin müzakirə olunması nəzərdə tutulub. İclasın bu ilin sonunda Moldovada keçirilməsi planlaşdırılır.

GUAM Parlament Assambleyasının ötən, ikinci iclası 2005-ci ilin may ayının 28-də Ukraynanın Yalta şəhərində keçirilib.

Xəbər lenti

Xəbər lenti