...

Milli Məclisin iclası keçirilib

Siyasət Materials 10 Oktyabr 2006 13:43 (UTC +04:00)

Oktyabrın 10-da Milli Məclisin növbəti iclası keçirilib. Trend xəbər verir ki, carı məsələlər dinlənildikdən sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb.

İlk məsələ - "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" qanun lahiyəsi barədə Milli Məclisin insan haqları məsələləri daimi komissiyasının sədri Rəbiyyət Aslanova məlumat verib. İkinci məsələ - "Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər haqqında" qanun lahiyəsi barədə Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə çıxış edib.

Daha sonra isə Milli Məclisin sosial siyasət məsələləri daimi komisiyasının sədri Hadı Rəcəbli Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında sənəd barədə danışıb.

Adıçəkilən sənədlər millət vəkilləri tərəfindən müzakirə edilərək qəbul olunub.

Xəbər lenti

Xəbər lenti