...

Gəncədə iş adamları üçün seminar təşkil olunacaq

Siyasət Materials 13 Oktyabr 2006 17:27 (UTC +04:00)

Oktyabrın 16-da Gəncədə "Səhmdarlara və investorlara hüquqi yardım" mövzusunda seminar keçiriləcək. Trend bildirir ki, tədbir Qlobal İmkanlar Fondu və Böyük Britaniyanın ölkəmizdəki səfirliyi tərəfindən maliyyələşdirilən "Korporativ idarəetmə Azərbaycan biznesinə çağırış kimi" layihəsi çərçivəsində baş tutacaq. Seminarın icraçılari isə Bakı Fond Birjası və "Transparency-Azərbaycan" təşkilatıdır.

Tədbirdə səhmdar cəmiyyətlərdə idarəetmə, səhmdarların hüquqlarının qorunması, açıq bazarın müqayisəli üstünlükləri, birja bazarına çıxmağın yolları kimi mövzular müzakirə olunacaq. Seminarda Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Bakı Fond Birjasının rəsmiləri və hüquqşünasları səhmdar cəmiyyətlərinin nümayəndələrini maraqlandıran sualları cavablandıracaqlar.

Xəbər lenti

Xəbər lenti