...

Azərbaycan prezidenti Şəkidə elektrik stansiyasının açılışında iştirak edib

Siyasət Materials 14 Oktyabr 2006 12:35 (UTC +04:00)
Azərbaycan prezidenti Şəkidə elektrik stansiyasının açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Şəkidə səfərdədir. Bu barədə Trend AzTI telekanalına istinadən xəbər verir.

Tikintisinə 14 oktyabr 2005-ci ildə başlanmış elektrik stansiyasının ümumi gücü 87 MVt təşkil edir və o, istismara hazırdır. Tikintinin baş podratçısı Finlandiyanın Wartsila, elektrik avadanlıqları üzrə subpodratçı İsveçrənin ABB, tikinti işləri üzrə subpodratçı isə yerli Azenko şirkətləridir.

Stansiya Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonları əhalisinin tələbatını təmin edəcək ki, bu da əlavə sənaye və qeyri-sənaye obyektlərinin inkişafına şərait yaradacaq.

Stansiyanın açılış mərasimindən sonra dövlət başçısı yerli ictimaiyyətlə görüşüb. Prezidentin yenidən qurulmuş "Saray" mehmanxanasına da baş çəkəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti