Noyabrın 23-24-də Bolqarıstan Xalq Yığıncağının sədri Georgi Pirinski Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə Trend ə eksklüziv olaraq Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev məlumat verib.
Onun sözlərinə görə, hazırda Bolqarıstan parlamenti rəhbərinin Azərbaycana səfər proqramı razılaşdırılır.
G.Pirinski Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası Baş Assambleyasının noyabrın 21-23-də Bakıda keçiriləcək iclaslarında iştirakı ilə əlaqədar Azərbaycana bir qədər tez gələcək", - deyə səfir bildirib.