...

Mixail Fradkovun Bakı səfərinə hazırlıq görülür

Siyasət Materials 20 Noyabr 2006 19:05 (UTC +04:00)

Azərbaycan hökümətində Rusiya Federasiyasının hökümət başçısı Mixail Fradkovun dekabrın 4-5-nə nəzərdə tutulmuş Azərbaycan səfərinə hazırlıq görülür. Bu barədə Trend ə Azərbaycan hökümətindən məlumat verilib.

Səfər Azərbaycanda Rusiya İlinin bağlanmasına həsr olunub və bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Hökümətdən verilən xəbər görə, Rusiya hökümət başçısının Azərbaycana səfəri çərçivəsində Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyanın növbəti toplantısı keçirilməyəcək. Ardıcıllığa görə toplantı Rusiya tərəfində keçirilməlidir, Rusiyanın baş nazirinin səfərindən xeyli əvvəl isə Rusiya tərəfi toplantının Bakıda keçirilməsi barədə ideyanı irəli sürüb. Azərbaycan tərəfinə etiraz etməyib, lakin Bakı təklif və tonlantının müvafiq gündəliyini almayıb. Nəticədə Azərbaycan tərəfi bu ideyadan imtina etməli olub.

Hökümətdə həmçinin Rusiyanın hökümət başçısının Azərbaycana səfəri zamanı ikitərəfli sənədlərin imzalanması məsələləri üzərində iş görülür. Hökümətdən verilən məlumata görə, Rusiya, demək olar ki, bu gün bu məsələ üzrə öz təkliflərini Azərbaycan XİN-ə təqdim edib, lakin orada Azərbaycan tərəfi üçün tamamilə yeni olan məsələlər var, ona görə də neçə ildir ki, Rusiya tərəfinin müzakirəsində olan sənədlər mövcud olduğu halda, bu qədər qısa müddətdə qərar qəbul etmək yanlış olardı. Azərbaycan XİN həmin sənədlər üzrə Azərbaycan tərəfinin imzalanmaq üçün müzakirə edilməsini qanunauyğun hesab etdiyi variantını Rusiya tərəfinə təqdim etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti