Noyabrın 29-30-da Bakıda keçiriləcək GUAM ölkələri Gənclər Forumunun I konqresində 3 sənəd qəbul olunacaq. Bu barədə Trend ə tədbirin təşkilatçısı olan Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Artıq qətnamə, GUAM ölkələrinin rəhbərləri və parlamentarilərinə müraciət və münaqişə zonaları haqqında bəyannamənin layihələri hazırlanıb. Sənədlər forumun işçi qruplarında müzakirədən sonra qəbul olunacaq.
Konqresin gündəliyinə forumun tədbirlər planı və əməkdaşlıq mexanizmlərinin işlənməsi, sədr, müavinlər və baş katibin seçilməsi də daxildir.