...

Azərbaycan ATƏT ölkələrini tolerantlığı dəstəkləməyə və İslam haqqında mövhumatlarla mübarizə aparmağa çağırır

Siyasət Materials 5 Dekabr 2006 18:11 (UTC +04:00)

Təəssüf ki, bu il də xüsusilə bəzi üzv-ölkələrdə müsəlmanlara qarşı ayrı-seçkilik, irqçilik, ksenofobiya və dözülməzliyin digər təzahürləri ilə bağlı bir neçə dəhşətli hadisələrlə yadda qalıb. Trend xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov ATƏT Nazirlər şurasının toplantısında bildirib.

"ATƏT üzv-ölkələrinin ərazilərində bu cür mənfi təzahürlər insan haqlarının pozulmasıdır və bütün dünyada gərginliyi gücləndirir. Azərbaycan İslam Konfransı Təşkilatının Nazirlər Şurasında sədr kimi ATƏT-in üzv-ölkələrini tolerantlığın dəstəklənməsi və İslam haqqında mövhumatlarla mübarizə vasitəsilə bu cür təzahürlərə qarşı konkret tədbirlər görməyə çağırır", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti